Azərbaycanda ilk dəfə: keramik hədiyyə istehsal edən fabrik açıldı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda ilk dəfə: keramik hədiyyə istehsal edən fabrik açıldı - FOTOLAR

Azərbaycanda ilk dəfə olaraq Abşeron rayonunda “Nargis porcelain” şirkətinə məxsus çini və saxsıdan keramik hədiyyə istehsal edən fabrik tikilib.

Publika.az xəbər verir ki, Xırdalan şəhərində yerləşən müəssisənin bu gün açılışı keçirilib. Açılış mərasimində Abşeron rayonunun İcra Hakimiyyətinin rəhbərliyi, İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri, mətbuat işçiləri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə rayon icra hakimiyyətinin başçısının birinci müavini Məhəmməd Həsənovun və “Nargis porcelain” müəssisəsinin rəhbəri Yasin Xəlilovun iştirakı ilə rəmzi lent kəsilib. Bundan sonra müəssisə ilə tanışlıq gəzintisi aparılıb. Fabrik haqqında məlumat verilərək bildirilib ki, keramika, xüsusilə dulusçuluq ən qədim sənət növlərindən biri olub və hazırda da Azərbaycanda bu sənətin fədakar daşıyıcılarının gərgin əməyi sayəsində yaşadılmaqdadır. Bununla belə, elm və texnikanın inkişafı, keramika sahəsində yeni texnoloji nailiyyətlərin əldə olunması bu sənətin daha ciddi əsaslarla inkişaf etdirilməsinin zəruriliyini göstərir.

Bildirilib ki, son dövrlərdə respublikamızda dövlət başçısı möhtərəm prezidentimiz cənab İlham Əliyevin göstərişi ilə sahibkarlığın inkişafı üçün olduqca ciddi addımlar atılır, kiçik və orta sahibkarlığın sürətli inkişafı üçün qanunvericilik bazasının gücləndirilməsi istiqamətində tarixi əhəmiyyətli qərarlar qəbul edilir. Bundan ruhlanaraq ulu öndərə dərin minnətdarlıq və mənəvi borcu qismən də olsa ödəmək istəyi ilə vaxtilə onun sayəsində Rusiya Federasiyasında keramika, şüşə və mina örtüklərinin kimyəvi texnologiyası ixtisası üzrə təhsil və sonradan alimlik dərəcələri almış Yasin və Mahirə Xəlilovlar böyük zəhmət, inadkarlıq, peşəkarlıq tələb edən bu işi həyata keçirmək üçün “Nargis porcelain” müəssisəsini təsis ediblər. Azərbaycanda keramik məmulatlara, xüsusilə hədiyyəliklərə müstəqillik dövründə turist marağının artması ilə əlaqədar ehtiyacın ciddi surətdə çoxalması belə müəssisənin yaradılması üçün əsas olub. Türkiyənin tanınmış “Refsan” şirkəti ilə müvafiq müqavilələr imzalanıb. Qeyd etmək lazımdır ki. belə müəssisə bölgədə yeganədir. Hazırda müəssisədə yüksək ixtisaslı 15 yerli mütəxəssis çalışır. Amma gələcəkdə işçilərin sayının 50-yə çatdırılması planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm