Paralimpiyaçılarımız AZAL-la pulsuz uçacaq
Bizi izləyin

Qırmızı.az

Paralimpiyaçılarımız AZAL-la pulsuz uçacaq

“Azərbaycan Hava Yolları”nın uçuşlar həyata keçirdiyi istiqamətlər üzrə beynəlxalq idman çempionatları və dünya kuboklarına idmançıların transferi, idman avadanlıqlarının daşınması əlavə rüsumlardan azad ediləcək.

Publika.az xəbər verir ki, bununla bağlı milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” (AZAL) və Azərbaycan Milli Paralimpiya Komitəsi (ARMPK) arasında imzalanan əməkdaşlıq haqqında sazişdə qeyd olunub.

Sazişə görə, əhali arasında paralimpiya idmanının təşviqi üzrə birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Əməkdaşlıq çərçivəsində AZAL sentyabr 7-dən 18-dək Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək 2016 Yay Paralimpiya Oyunlarına idmançıların uçuşlarını təşkil edəcək.

2016 Paralimpiya Oyunlarının mükafatçılarına AZAL-ın istənilən istiqamətlərinə bir il müddətinə etibarlı olan pulsuz biletlər təqdim olunacaq.

“Paralimpiya oyunları ölkəmizdə idmanın inkişafında vacib və ictimai əhəmiyyətli hadisədir. İdmançılarımıza dəstək olmaq bizim üçün böyük şərəfdir”, - deyə AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirib.

ARMPK-nin vitse-prezidenti Şaiq Həmidov qeyd edib ki, paralimpiya oyunları fiziki imkanları məhdud idmançılar üçün ən mötəbər yarışlardan biridir.

“Bu oyunlara seçimlər təkcə milli yox, həm də beynəlxalq yarışlar çərçivəsində keçirilir. “Azərbaycan Hava Yolları”-nın dəstəyi ölkəmizdə paralimpiya idmanının inkişafına böyük töhfə verəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm