Dövlət Komitəsi 70 yeni iş yeri açır
Bizi izləyin

Qırmızı.az

Dövlət Komitəsi 70 yeni iş yeri açır

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 70 yeni iş yeri açılacaq.

TPublika.az xəbər verir ki, bu barədə Komitənin aparat rəhbəri Arif Əşrəfov bu gün keçirilən mətbuat konfransında deyib.

A.Əşrəfov bildirib ki, yeni açılacaq iş yerləri dövlət büdcəsindən pul ayrılmadan və təsərrüfat hesabına mümkün olacaq. İş yerlərindən 40-ı regionlarda, 30-u isə Bakıda olacaq.

A.Əşrəfov bildirib ki, Prezident İlham Əliyevin yeni iş yerlərinin açılması ilə bağlı tapşırıqlarından sonra Komitə ilk addımları atmağa başlamışıq.

"Biz liberallaşma siyasəti aparmışıq. Müstəqil qurumlara sertifikatlaşdırma fəaliyyəti aparmaq səlahiyyəti verilib. Müstəqil sertifikasiya qurumları təsərrüfat hesabına fəaliyyət göstərəcək ki, bu da dövlət büdcəsinin yükünü azaldacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm