• USD 1,7000 0,00% EUR 1,8828 +0,03%
    • GBP 2,1978 +0,13% RUB 0,0266 0,00%

Daha 2 komitə yaradılır

Daha 2 komitə yaradılır

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində iki yeni texniki komitə yaradılacaq.

Publika.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında bu barədə danışan Dövlət Komitəsinin aparat rəhbəri Arif Əşrəfov bildirib ki, hazırda Dövlət Komitəsinin nəzdində 9 texniki komitə fəaliyyət göstərir. Daha iki komitənin - enerji səmərəliliyi və yol nəqliyyatının tənzimlənməsi ilə bağlı texniki komitələrin yaradılması istiqamətində iş aparılır.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Apellyasiya Şurasının yaradılması barədə məlumat verən A.Əşrəfov özü Şuraya sədrlik edəcək. Şuranın tərkibinə isə 6 nəfər daxildir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR