Azərbaycanda vergi amnistiyası verilə bilər - TƏKLİF
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda vergi amnistiyası verilə bilər - TƏKLİF

"Azərbaycanda vergi amnistiyası tətbiq edilməlidir. Rusiyada artıq bu tətbiq edilib və bunun nəticələrini gözləmək də olar, gözləməmək də. Lakin biz də bunu tətbiq etməliyik".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən vergi forumunda Amerika Ticarət Palatasının (AmCham) nümayəndəsi Nuran Kərimov deyib.

N.Kərimov qeyd edib ki, ölkədə sabit vergi dərəcələri tətbiq edilməlidir: "Əgər amnistiya tətbiq edilərsə, azərbaycanlı sahibkarlar xaricdə olan pullarını geri qaytarar. Ukrayna və Rusiyada sabit vergi dərəcələri tətbiq ediləndən sonra büdcə daxilolmaları artıb".

N.Kərimov təklif edib ki, Vergilər Nazirliyinə sosial sığorta haqlarının yığılmasını tapşırmaq lazımdır: "Bu mənim subyektiv fikrimdir ki, sosial sığorta haqlarının yığılması Vergilər Nazirliyinə tapşırılmalıdır".

"AmCham" təmsilçisinin ƏDV-si ödənilmiş mallar ölkədən çıxarılan zaman həmin verginin geri qaytarılması ilə bağlı təklifə cavab olaraq vergilər nazirinin müavini Sahib Ələkbərov deyib ki, ötən il ərzində bu qaydada 2,190 mlrd. manat həcmində ƏDV geri ödənilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm