Şərqi Avropa məkanında ən sabit ölkə - DİN-dən HESABAT
Bizi izləyin

Qırmızı.az

Şərqi Avropa məkanında ən sabit ölkə - DİN-dən HESABAT

2015-ci il ərzində daxili işlər orqanları tərəfindən digər hüquqmühafizə orqanları ilə birlikdə cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla icra olunub. Vətəndaşların qanuni mənafeləri etibarlı şəkildə qorunub, respublikada əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına (277) görə cari ildə də MDB və Şərqi Avropa məkanında ən təhlükəsiz və sabit ölkə mövqeyi qorunaraq kriminogen durum nəzarətdə saxlanılıb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 26916 cinayət qeydə alınıb. Onların 87,5 %-i və ya 23545-i daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub, açılması isə 82,4% olub. Bu cinayətlərin 84,2 faizini böyük ictimai təhlükə törətməyən (12588) və az ağır (7243), yalnız 15,8%-ni (3714) ağır və xüsusilə ağır cinayətlər təşkil edib.

Cinayətlərin 19,7%-i (4631) şəxsiyyət əleyhinə, 48,2% (11359) iqtisadi fəaliyyət sahəsində, 28,9% (6803) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 3,2%-i (751) dövlət hakimiyyəti əleyhinə olanlar təşkil edib.

Cinayətlərin strukturunda qəsdən adam öldürmə 7,3% (-16), mənimsəmə və israf etmə 34% (-70), avtonəqliyyatın qaçırılması 26,6% (-89), yol hərəkəti və nəqliyyat vasitələrin istismar qaydalarını pozma 14,8% (-301), o cümlədən ölümlə nəticələnən YHN 22,9% (-175), xuliqanlıq 4,5% (-52) azalıb. Dələduzluqlar 37,1%, oğurluqlar 8,1% (+476), o cümlədən mənzillərdən oğurluqlar 13,5% (+257), soyğunçuluq 40,2% (+97), quldurluq 31,9% (+51), hədə-qorxu ilə tələb etmə 42,9% (+24), qaçaqmalçılıq 16,1% (+5), korrupsiya ilə bağlı cinayətlər 18,4% (+34) artıb.

Ağır və xüsusilə ağır cinayətlərin 80%, o cümlədən qəsdən adam öldürmələrin 98,2%, hədə-qorxu ilə tələb etmələrin 89,8%, quldurluqların 70,7% açılması təmin edilib, habelə keçmiş illərdən bağlı qalmış 344, o cümlədən 93 ağır və xüsusilə ağır cinayət açılıb.

Bağlı qalmış 3861 cinayətin 82,2%-ni (3173) az ağır və böyük ictimai təhlükə törətməyən və yalnız 17,8% (688) ağır və xüsusilə ağır növlər təşkil edib. Onlardan da 60,9% (419) mülkiyyət əleyhinə, 29,1% (200) narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 7,8% (54) şəxsiyyət əleyhinə olan cinayətlərdir.

İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən əməliyyat tədbirləri ilə 109 cinayət faktı müəyyənləşdirilərək 17 nəfərdən ibarət 8 cinayətkar qrup cinayət məsuliyyətinə cəlb olunub.

İctimai yerlərdə baş vermiş cinayətlər 2%, yetkinlik yaşına çatmayanların cinayətləri 2,4% azalıb. Bütövlükdə respublika üzrə açılması təmin edilmiş 293 qəsdən adam öldürmə və ona cəhdin 52,2%-i (153-çü) ailə-məişət münaqişələri zəminində baş verib.

Hesabat ilində mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 2043, o cümlədən 842 ağır və xüsusilə ağır cinayət törətmiş 2637 nəfəri birləşdirən 923 cinayətkar qrup və dəstə zərərsizləşdirilib.

Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 1,4% yaxşılaşaraq istintaqdan və məhkəmədən yayınan 2534 nəfər tutulub. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 74 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 31 şəxsin yeri müəyyən olunub.

Axtarış işinin göstəricisi bütövlükdə 69,1% , itkin düşənlərin tapılması isə 73,5% ( 887 şəxsdən 652) təşkil edib.

Hüquqa zidd əməl törətmiş 16322 şəxsdən 13392 nəfər məsuliyyətə cəlb edilib, onlardan 10320 (77,1%) işləməyən və oxumayan, 2432 (18,2%) əvvəllər məhkum edilib, 858 (6,4%) qadın, 416 (3,1%) yetkinlik yaşına çatmayanlar olub.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm