Bu məscidlərdə kameralar quraşdırılıb - SİYAHI
Bizi izləyin

Qırmızı.az

Bu məscidlərdə kameralar quraşdırılıb - SİYAHI

“Bəzi məscidlərdə təhlükəsizlik kameraları quraşdırılıb. Məscidlərdə ibadət edənlərin təhlükəsizliyi və bəzi neqativ halların aradan qaldırılması üçün bu çox müsbət haldır”.

Bunu Publika.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bildirib.

Onun sözlərinə görə, xarici ölkələrin əksəriyyətində bu təcrübə var:

“Əksər xarici ölkələrdə, o cümlədən müqəddəs məkanlarda, Məkkədə, Mədinədə də belə təcrübə var. Azərbaycanda da artıq bəzi məscidlərdə təhlükəsizlik kameraları quraşdırılıb. “Məşədi Dadaş”, “Bibiheybət”, “Heydər” məscidlərində kameralar quraşdırılıb. Bu yaxşı haldır ki, həmin məscidlərdə ibadət edənlərin təhlükəsizliyi təmin edilir. Bəzi məscidlərdə oğurluq faktları qeydə alınıb. Bu halların qarşısının alınması üçün yaxşı haldır”.

Hacı Şahin həmçinin bildirib ki, gələcəkdə bütün məscidlərdə kameralar quraşdırılacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm