Qırmızı.az
DSMF sədri pensiyaçıların şikayətlərini dinləyəcək
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev fevralın 18-də Sumqayıtda qəbul keçirəcək. Saat 11:00-da Fondun Sumqayıt şəhər şöbəsinin inzibati binasında keçiriləcək qəbula Sumqayıt şəhərinin, Abşeron, Xızı, Qobustan və Qubadlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar qatıla bilər.
Fonddan Publika.az-a verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
Fondun Aparatında (012) 434-12-34, Sumqayıt şəhər şöbəsində (018) 65-15-15, Abşeron rayon şöbəsində (012) 342-96-06, Xızı rayon şöbəsində (02331) 5-01-64, Qobustan rayon şöbəsində (02024) 5-22-30, Qubadlı rayon şöbəsində (01856)5-41-37.
Qəbulda iştirak edəcək vətəndaşların fevralın 18-də Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.
Gülnar Əliyeva
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi
-
Qoroskop07:39
Bu 3 bürcün may ayında bəxti gətirəcək
-
Magazin107:25
Məşhur aktyor Serenayla tərəf müqabili olacaq
-
Ekopublika.az02:19
Hansı sahələr daha çox varlandırır? - “Forbes” açıqladı
-
Nida Xəbər 00:37
"Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur" - Paşinyan