Qırmızı.az
Məhkəmə baldızı ilə evlənən kişinin iddiasını rədd etdi
Bir müddət əvvəl keçmiş ərin boşandığı həyat yoldaşının bacısı ilə ailə qurması və uşağını anasından almaq üçün məhkəmədə iddia qaldırması barədə xəbər vermişdik. Bu iddia ilə bağlı keçirilən ilk məhkəmə prosesi qalmaqalla yekunlaşmışdı. Ötən gün keçirilən məhkəmə prosesində ananın xeyrinə qərar qəbul edilib.
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova Publika.az-a açıqlamasında bildirib ki, ötən gün Xəzər rayon Məhkəməsi uşağın anada qalması ilə bağlı qərar qəbul edib.
Qeyd edək ki, keçmiş ər boşadığı qadının bacısı ilə evlənmiş və övladını anasından almaq üçün məhkəməyə müraciət etmişdi.
Məlumatda qeyd olunurdu ki, qadınların ailəsi, xüsusilə də ana bu evliliyi dəstəkləmişdi. Ailə uşağın anasını evdən qovmuş, ərinin verdiyi alimenti də onun əlindən almışdı.
Gülxar
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT