Qəzalar yollara 550 min manatdan artıq ziyan vurub
Bizi izləyin

Qırmızı.az

Qəzalar yollara 550 min manatdan artıq ziyan vurub

Ötən il yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 349 yol nəqliyyat hadisəsi baş verib.

“Azəryolservis” ASC-dən Publika.az-a verilən məlumata görə, bunun nəticəsində dövlət büdcəsi hesabına quraşdırılmış 5 769 p/m təhlükəsizlik səddi, 2 ədəd işıq dirəyi, 1 ədəd metal informatik lövhə və 8 ədəd yol nişanı yararsız hala düşüb və dövlət büdcəsinə ümumilikdə 552 092 manat ziyan dəyib.

Baş vermiş 257 yol nəqliyyat hadisəsinin səbəbkarları məlum olduğu üçün həmin hadisələri törədənlər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşağıdakı tədbirlər görülüb:

201 yol nəqliyyat hadisəsi törədilən avtonəqliyyat vasitəsinin icbari sığortası olduğu üçün, dəymiş ziyanın sığorta şirkətləri tərəfindən ödənilməsi üçün müvafiq sığorta şirkətlərinə ərizə ilə müraciət olunub.

56 yol nəqliyyat hadisəsi törədilən avtonəqliyyat vasitəsinin icbari sığortası olmadığı üçün məhkəmə orqanlarına müraciət olunub.

92 yol nəqliyyat hadisəsinin səbəbkarları məlum olmadığı üçün həmin hadisələrin törədicilərinin araşdırılaraq tapılması barədə Bakı Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) məktubla müraciət olunub.

Yolların mühafizəsi xidmətini həyata keçirən tabelikdə olan cəmiyyətlər tərəfindən 2015-ci ildə 4005 inzibati xəta hadisəsi aşkar edilərək protokol tərtib edilib və inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan şəxslərə göndərilməsi təmin edilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm