Vətəndaşlar hansı qurumlardan daha çox şikayətçidir? - RƏSMİ
Bizi izləyin

Qırmızı.az

Vətəndaşlar hansı qurumlardan daha çox şikayətçidir? - RƏSMİ

“2015-ci ildə hüquq-mühafizə, o cümlədən polis orqanlarının fəaliyyəti ilə əlaqədar ərizə və şikayətlərin sayı əvvəlki ilə nisbətən azalıb. Lakin Binəqədi, Xətai, Xəzər, Nizami, Səbail rayonlarının, Lənkəran, Sumqayıt, Gəncə, Biləsuvar, Goranboy, Tovuz, digər şəhər və rayonların polis orqanlarının fəaliyyəti barədə ərizə və şikayətlərin sayı nisbətən çox olub”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş Şöbəsinin müdiri Süleyman İsmayılov “Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir” başlıqlı təhlili materialında bildirib.

PA rəsmisi deyib ki, prokurorluq orqanlarının fəaliyyəti ilə əlaqədar ərizə və şikayətlərin sayı əvvəlki ilə nisbətən 6,4 faiz azalsa da, Qaradağ, Nərimanov, Sabunçu, Suraxanı, Yasamal rayonlarının, Şirvan, Astara, Goranboy, Qazax, Quba, Sabirabad, Salyan, digər şəhər və rayonların prokurorluqlarının fəaliyyəti barədə müraciətlər daha çox olub: “Bilavasitə məhkəmə orqanlarının və hakimlərin fəaliyyəti ilə bağlı ərizə və şikayətlərin təhlili göstərir ki, ayrı-ayrı şəhər və rayon məhkəmələrinin fəaliyyətindən narazılıq bildirən müraciətlər də az deyil. Bu baxımdan Nəsimi, Nizami, Suraxanı rayonlarının, Şirvan, Abşeron, Gədəbəy, Xaçmaz, İmişli, Kəpəz, Nizami (Gəncə), Tərtər, Zərdab, digər şəhər və rayonların məhkəmələrinin fəaliyyəti barədə müraciətlər nisbətən yüksək olub”.

S.İsmayılovun sözlərinə görə, vətəndaşlar hüquq-mühafizə orqanlarını asayişin, təhlükəsizliyin, sabitliyin, həmçinin, onların Konstitusiya hüquqlarının qoruyucusu, xüsusilə məhkəmə orqanlarını haqqın, ədalətin təminatçısı kimi tanıyır və öz hüquqlarını qanun müstəvisində qorumaq üçün bu orqanların özünə və onlardan yuxarı instansiyalara, xüsusilə bütün hüquq və azadlıqlarının qarantı saydıqları ölkə Prezidentinə müraciət edirlər: “Son illərdə bu orqanların hüquqları və səlahiyyətləri artırılıb, maddi və digər təminatları xeyli yaxşılaşdırılıb, onlar üçün ən yüksək səviyyəli iş şəraiti yaradılıb. Eyni zamanda, onlara qarşı tələbkarlıq da artırılıb”.

S.İsmayılov qeyd edir ki, Prezident Administrasiyasına daxil olan müraciətlər arasında bilavasitə Azərbaycan dövlətini, ölkə Prezidentini yerlərdə təmsil edən, hər an vətəndaşlarla, sıravi insanlarla təmasda olan yerli icra hakimiyyəti orqanlarının, həmçinin, xalqın seçkili orqanları olan bələdiyyələrin fəaliyyəti ilə əlaqədar daxil olan müraciətlər həmişə diqqət mərkəzində saxlanılır: “Şəhər və rayon icra hakimiyyəti başçılarının aparatlarının və inzibati ərazi dairələri üzrə nümayəndələrinin fəaliyyəti haqqında Bakı şəhəri və onun bəzi rayonlarından, Şəki, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəlilabad, İmişli, Qazax, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan daha çox müraciət daxil olub

Bu mövzuda ən az müraciət isə Naxçıvan, Pirallahı, Ağstafa, Cəbrayıl, Culfa, Xocalı, Qax, Oğuz, Sədərək, Şahbuz, Şuşa, Ucar, digər şəhər və rayonlardan daxil olub”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm