FHN-də Apellyasiya Şurası yaradıldı
Bizi izləyin

Qırmızı.az

FHN-də Apellyasiya Şurası yaradıldı

“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 762 nömrəli Fərmanına uyğun olaraq Fövqəladə Hallar Nazirliyində Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb.

Publika.az xəbər verir ki, fövqəladə hallar nazirinin müvafiq əmri ilə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Apellyasiya Şurasına nazir müavini Tapdıq Əmiraslanov sədr təyin edimişdir. Yeddi nəfərdən ibarət olan Şuranın tərkibinə nazirliyin aidiyyəti struktur bölmələrinin məsul vəzifəli əməkdaşları daxildir.

Apellyasiya Şurası Bakı şəhəri, M.Müşfiq küçəsi, 501-ci məhəllə ünvanında – Fövqəladə Hallar Nazirliyinin inzibati binasında fəaliyyət göstərəcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm