Söyüş söyür, siqaret çəkirlər: MM-də avtobus söhbəti
Bizi izləyin

Qırmızı.az

Söyüş söyür, siqaret çəkirlər: MM-də avtobus söhbəti

“Azərbaycanda sürücülərin mədəni davranışı yüksəldilməlidir”.

Publika.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, elə sürücülər var ki, avtobuslarda söyüş söyürlər, siqaret çəkirlər, telefonla danışırlar: “Bu da insanların narazılığına səbəb olur. Yol təmiri zamanı sürücülər və sərnişinlər məlumatlandırılmır. İntellektual idarəetmə adı altında avtobuslar arasında intervallar tez-tez pozulur. Bu məsələlərə də diqqət etmək lazımdır”.

S.Novruzov deyib ki, həmçinin, ictimai nəqliyyatı idarə etmək üçün yaş həddi o qədər önəmli deyil, əsas davranış qaydalarıdır: “Sürücünün yetkin düşüncədə olması və peşəkar olması daha vacib məsələdir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm