"Bakı-Tbilisi-Qars"ın istifadəyə veriləcəyi vaxt bilindi
Bizi izləyin

Qırmızı.az

"Bakı-Tbilisi-Qars"ın istifadəyə veriləcəyi vaxt bilindi

Bakı-Tbilisi-Qars layihəsinin bu ilin sonuna qədər istifadəyə verilcəyi gözlənilir.

Bunu Publika.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib. Onun sözlərinə görə, Türkiyə tərəfi də belə bir bəyanat verib. Hazırda Tbilisidə müzakirəlar və danışıqlar aparılır.

“Bu gün Tbilisi şəhərində Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat naziri Dimitri Kumsişvili, Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov, Türkiyə Cümhuriyyətinin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırımın iştirakı ilə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi üzrə üçtərəfli Koordinasiya Şurasının iclası keçirilir. İclasda hər üç nazirin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin Türkiyə və Gürcüstan ərazisindəki vəziyyəti, yeni dəmir yolu xəttinin tikintisinin başa çatdırılması, istismara verilməsi və digər məsələlər ətrafında müzakirələr aparılır. Sonda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə üçtərəfli Koordinasiya Şurasının rəhbərlərinin protokol imzalayacağı nəzərdə tutulub”.

Xatırladaq ki, 11 fevral 2016-cı ildə dəmir yolu layihəsi üzrə üçtərəfli Koordinasiya Şurasının işçi qrupunun növbəti iclası keçirilib. Tədbirdə BTQ-nin tikintisi və problemlər, həmçinin gələcək perspektivlər müzakirə olunub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm