Təhsil nazirindən təqaüdlərlə bağlı ƏMR
Bizi izləyin

Qırmızı.az

Təhsil nazirindən təqaüdlərlə bağlı ƏMR

Təhsil naziri Nazirlər Kabinetinin 6 fevral 2016-cı il tarixli 38 nömrəli qərarının icra olunması haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, əmrdə ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırıq verilib.

Əmrə əsasən, bu semestrdən başlayaraq təhsil alanların təqaüdləri “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”na uyğun təyin olunacaq və ödəniləcək.

Təqaüd komissiyası formalaşdırılacaq, tələbələrin ixtisaslar üzrə ÜOMG-nin hesablanması, sıralama siyahılarını və buna əsasən təqaüd siyahısını, fənlər üzrə akademik nailiyyətlərə görə təqaüd növlərinin müəyyənləşdirilməsi və digər təşkilati məsələlərin həlli təmin ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm