Hər il 200 uşaq “xərçəng”ə tutulur
Bizi izləyin

Qırmızı.az

Hər il 200 uşaq “xərçəng”ə tutulur

Dünyanın əksər ölkələrində il ərzində hər milyon uşaqdan 150-200 nəfərində xərçəng xəstəliyi qeydə alınır.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, uşaqlar arasında rast gəlinən xərçəng xəstəlikləri digər yaş qruplarından xeyli fərqlənir.

Ümumiyyətlə, leykemiya uşaqlar arasında qeydə alınan bütün xərçəng xəstəliklərinin 30%-i təşkil edir. Digər tez-tez rast gəlinən bədxassəli törəmələr isə mərkəzi sinir sisteminin şişləri və limfomalardır. Bununla yanaşı, yalnız uşaqlara xas olan bədxassəli embrional törəmələr vardır ki, onlara neyroblastoma, nefroblastoma, medulloblastoma, retinoblastoma və digər şişlər aiddir. Süd vəzisi, ağciyər, çənbər bağırsaq və düz bağırsağın şişləri isə adətən böyüklərdə qeydə alınır və uşaqlarda çox nadir hallarda rast gəlinir.

Uşaq xərçəngi dedikdə adətən 16 yaşadək uşaqlarda inkişaf edən xərçəng xəstəlikləri nəzərdə tutulur. Uşaq xərçəng xəstəlikləri nadir olsa da, bütün xərçəng xəstəliklərinin 0.5%-1.5%-ni təşkil edir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm