Bu küçələrdə nəqliyyatın hərəkəti dayandırılacaq
Bizi izləyin

Qırmızı.az

Bu küçələrdə nəqliyyatın hərəkəti dayandırılacaq

Fevralın 13-ü səhər saat 06:00-dan etibarən Niyazi küçəsinin bu dairədən İstiqlaliyyət küçəsinədək olan hissəsində nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq.

Bakı Şəhər Haqlası Əməliyyat Şirkətindən Publika.az-a verilən məlumata görə, buna səbəb Neftçilər prospektinin Azneft dairəsinin “Four Seasons” otelinə baxan tərəfində asfalt qatının dəyişdirilməsi ilə əlaqədar aparılan təmir işləridir.

Qeyd edək ki, həmin gün həm Neftçilər prospekti, həm də İstiqlaliyyət küçəsi avtomobillərin hərəkətinə açıq olacaq. Niyazi küçəsində tətbiq olunan bu qadağa fevralın 14-ü, bazar günü səhər saatlarında aradan qaldırılacaq.

Digər tərəfdən, fevralın 14-ü səhər saatlarından etibarən İstiqlaliyyət küçəsinin Niyazi küçəsi və Azərbaycan prospekti ilə olan kəsişmələri arasında qalan hissəsində nəqliyyatın hərəkətinə icazə verilməyəcək. Burada qoyulmuş məhdudiyyət fevralın 15-i səhər saatlarınadək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm