Gürcüstandan ət idxalına qadağa
Bizi izləyin

Qırmızı.az

Gürcüstandan ət idxalına qadağa

Gürcüstanın Varketili ərazisindən və risk zonasına daxil olan ərazilərdən diri iribuynuzlu və xırdabuynuzlu heyvanların Azərbaycana idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Kənd Təsərrüfatı Nazirliyindən Publika.az-a verilən məlumata görə, nazirlik yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən bununla bağlı əmr imzalanıb.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) 2016-cı il 8 fevral tarixli məlumatına əsasən Gürcüstanın Tbilisi şəhəri yaxınlığında yerləşən Varketili ərazisində xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyi qeydə alınıb.

Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən taun xəstəliyinin ölkəmizin ərazisinə keçməsinin qarşısını almaq məqsədi ilə zəruri tədbirlərin görülməsi üçün "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub. Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədi ilə taun xəsətəliyinin qeydə alındığı Gürcüstanın Varketili ərazisindən və risk zonasına daxil olan ərazilərdən diri iribuynuzlu və xırdabuynuzlu heyvanların idxalına müvəqqəti məhdudiyyət qoyulmasına zərurət yaranıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm