Əli Abbasov evindən oğurlanan 1 milyon dollardan DANIŞDI
Bizi izləyin

Qırmızı.az

Əli Abbasov evindən oğurlanan 1 milyon dollardan DANIŞDI

Bir sıra internet informasiya resurslarında sabiq Rabitə və İnformasiya Texnologiyalar naziri Əli Abbasovun Goradildə bağ evindən 1 milyon dollar oğuluq edildiyi barədə informasiyalar yayılıb.

ANS PRESS-in həmin informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, nazirin evindən nə az, nə çox, 1 milyon manat pul oğurlanıb. Oğrular həyətdəki iti zərərsizləşdirilmək üçün bir müddət hasardan itə yem verərək özlərinə öyrəşdiriblər. Bundan sonra həyətə girib niyyətlərini gerçəkləşdiriblər.

Yayılan məlumatlarda qeyd olunur ki, hadisə ilə bağlı araşdırma Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən aparılıb və oğrular saxlanılıb. Həmin vaxt Əli Abbasov oğrulara pulun bir qismini qaytarmaq şərtiylə azadlığa buraxılmalarına şərait yaradacağını təklif edib. Amma oğrular bu təklifdən imtina ediblər və hazırda da cəzaçəkmə müəssisələrindədirlər.

Əli Abbasov anspress-ə barəsində yazılan məlumatlarla bağlı bunları deyib:

"Mən də xəbərləri oxumuşam.Yazıblar ki, guya oğurluq edən şəxslər artıq həbs olunublar. Axı həbs birdən olmur. Bunun üçün məhkəmə olmalıdır. Bu hadisə nə vaxt baş verdi ki, məhkəmə də oldu. Həbs olunanlar kimdir? Adları belə yoxdur. Həm də yazırlar ki, bu işə MTN baxır. MTN-lə oğurluğun nə əlaqəsi? Guya, bağımdakı iti də zərərsizləşdiriblər. Yazılanlar həqiqətə uyğun deyil", - deyə sabiq nazir qeyd etdi.

Əli Abbasov onu da əlavə edib ki, onun həqiqətən də 1998-ci ildən Goradildə bağ evi var. Amma oradan heç nə oğurlanmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm