Statistika Komitəsinin sədri Yardımlı sakinləri ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Statistika Komitəsinin sədri Yardımlı sakinləri ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov fevralın 13-də Yardımlı Rayon Mədəniyyət Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Görüşdən əvvəl Tahir Budaqov, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və Milli Məclisin deputatı Musa Qasımlı ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanışlıq olub.

Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov bildirib ki, dünyada hökm sürən maliyyə və iqtisadi böhranın ölkə iqtisadiyyatına və əhalinin yaşayış səviyyəsinə mənfi təsirinin azaldılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq antiböhran tədbirləri həyata keçirilir və bu barədə ictimaiyyət məlumatlandırılır.

Azərbaycan Prezidentinin Yardımlıya üç dəfə səfər etdiyini və bu səfərlər zamanı bir sıra sosial obyektlərin açıldığını vurğulayan S.Hətəmov, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində rayonda sosial layihələrin icrasının bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı Musa Qasımlı çıxışında qeyd edib ki, 2003-cü ildən sonra Azərbaycan özünün ən inkişaf etmiş dövrünə qədəm qoyub. Həyatımızın bütün sahəsində uğurlar qazanılıb, ölkənin davamlı sosial-iqtisadi inkişafı təmin edilib. Bunu Yardımlı rayonunun timsalında da aydın görmək olar.

Dünya ölkələrini bürüyən iqtisadi böhranın əsas səbəbinin siyasi amillərlə bağlı olduğunu vurğulayan M.Qasımlı, belə bir ağır vəziyyətdə Azərbaycanda sosial məsələlərin həllinə qayğı ilə yanaşıldığını, pensiya və müavinətlərin, büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda çalışanların əmək haqlarının artırıldığını diqqətə çatdırıb.

Sonra çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən yerlərdə ictimaiyyət nümayəndələri ilə keçirilən görüşlərin əsas məqsədi əhalinin rəy və təkliflərini öyrənməkdir.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkədə yaradılan siyasi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar və görülən qabaqlayıcı tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın azaldılması, sahibkarlığın inkişafı iqtisadiyyatın mənfi təsirlərə qarşı dayanıqlığını təmin edib.

Son illər Azərbaycanın böyük inkişaf yolu keçdiyini deyən komitə sədri, gəlirlərin azalmasına baxmayaraq, əmək haqlarının, pensiyaların artırıldığını diqqətə çatdırıb, həyata keçirilən sosial layihələri, bu sahədə əldə olunan uğurları konkret faktlarla sadalayıb.

Qeyri-neft sektorunun inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin tapşırıqları və bu istiqamətdə görülən məqsədyönlü tədbirlər barədə məlumat verən T.Budaqov, bölgələrdə ayrı-ayrı sahələrin, xüsusilə aqrar sektorun potensial imkanlarından da danışıb.

Rayonda müsbət demoqrafik inkişafın mövcud olduğunu vurğulayan komitə sədri, 2015-ci ildə ölkədə doğum əmsalının 17,4 faiz təşkil etdiyi halda, Yardımlıda bu rəqəmin 22,4 faiz, boşanmaların isə 0,3 faiz olduğunu qeyd edib.

Yardımlıda ixtisaslı həkim və müəllim kadrlarına ehtiyac duyulduğunu deyən T.Budaqov bildirib ki, bu sahədə xüsusi proqram hazırlanmalıdır.

Qeyd edilib ki, rayonda heyvandarlığın, taxılçılığın inkişafı üçün geniş imkanlar var və bu potensialdan səmərəli istifadə olunmalıdır. Komitə sədri, çətin şəraitə baxmayaraq, yardımlıların bundan sonra da dövlətimizin başçısı ətrafında sıx birləşəcəklərinə əminliyini ifadə edib.

Görüşdə çıxış edən ictimaiyyət nümayəndələri rayonda aqrar bölmənin və turizmin inkişafı, emal müəssisələrinin yaradılması, yaşayış məntəqələrinə içməli su xəttinin çəkilməsi, qazlaşdırmanın və Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin sürətləndirilməsi, “Aqrolizinq” ASC-nin xətti ilə cins mal-qaranın alınması, istehsal olunan malların xarici bazara çıxarılması, artezian quyuların qazılması ilə bağlı təkliflərini bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm