Qırmızı.az
Əsgər getməyənlərə yeni QADAĞA
Müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçıran
vətəndaşlar haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət
siyahısı”na daxil edilməsinə başlanılıb.
Publika.az AzərTAc-a istinadən xəbər verir ki,
bunu fevralın 13-də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının dördüncü
ildönümü münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışında
xidmət rəisi, general-leytenant Arzu Rəhimov deyib.
A.Rəhimov bildirib ki, Prezident İlham Əliyevin vətəndaşların
müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq
Sərəncamına və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən, Silahlı Qüvvələrin və digər
silahlı birləşmələrin müddətli həqiqi hərbi xidmət keçən
qulluqçularının komplektləşdirilməsi məqsədilə çağırış yaşına
çatmış gənclərin müddətli həqiqi hərbi xidmətə cəlb edilməsi və
təyin olunduqları hərbi hissələrə göndərilməsi ötən müddət ərzində
tam təmin edilib.
Xidmət tərəfindən çağırış yaşı tamam olan gənclərin çağırışdan
yayınmasının qarşısının alınması istiqamətində də zəruri işlər
görülüb.
Bundan başqa, çağırışdan yayınan şəxslər barədə materiallar toplanaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına təqdim edilib.
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ