Baharın Azərbaycana gələcəyi tarix açıqlandı
Bizi izləyin

Qırmızı.az

Baharın Azərbaycana gələcəyi tarix açıqlandı

Bu il Bahar Azərbaycana martın 20-də, Bakı vaxtı ilə təxminən saat 08.30 radələrində gələcək.

Publika.az xəbər verir ki, bu barədə AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib. O bildirib ki, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.

Direktor müavini deyib ki, martın 15-i Azərbaycanda axır çərşənbə, fevralın 23-ü isə ilk çərşənbədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm