Nazirlikdə Apellyasiya Şurası yaradıldı
Bizi izləyin

Qırmızı.az

Nazirlikdə Apellyasiya Şurası yaradıldı

Kənd Təsərrüfatı Nazirliyində Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Apelyasiya Şurası kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılmasında şəffaflığın və obyektivliyin təmin edilməsi, habelə sahibkarların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılıb.

Apelyasiya Şurasına kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev sədr təyin edilib. Altı nəfərdən ibarət olan Şuranın tərkibinə nazirliyin aidiyyəti struktur bölmələrinin məsul vəzifəli əməkdaşları, katibliyə isə Nazirliyin məsul əməkdaşları daxildir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm