DSMF-də Apellyasiya Şurası yaradıldı
Bizi izləyin

Qırmızı.az

DSMF-də Apellyasiya Şurası yaradıldı

Ölkə prezidentinin 3 fevral 2016-cı il tarixli "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Fərmanının icrasına uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Apellyasiya Şurası yaradılıb.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Publika.az-a bildirilib ki, DSMF-nin sədr müavini Zakir Babayevin rəhbərlik etdiyi 7 nəfərdən ibarət Apellyasiya Şurasına Fondun məsul əməkdaşları daxildir. Apellyasiya Şurası Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, şikayətlərə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məsələlərinə baxacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm