Sabah 14 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah 14 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında fevralın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, gecə və səhər paytaxt və yarımadanın bəzi yerlərində duman olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6 dərəcə, gündüz 9-13 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 7-12 dərəcəyədək isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm