• USD 1,7000 0,00% EUR 1,8808 -0,11%
    • GBP 2,1958 -0,09% RUB 0,0267 +0,37%

Komitənin keçmiş aparat rəhbərindən şikayətlər artır

Komitənin keçmiş aparat rəhbərindən şikayətlər artır

Azərbaycanda Dövlət Komitəsinin keçmiş aparat rəhbərinin əməllərindən ziyan çəkən daha iki nəfər vəkilə müraciət edib.

Vəkil Adəm Məmmədov APA-ya açıqlamasında qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş Aparat rəhbəri Səfər İmanovla bağlı daha iki nəfər ona müraciət edərək adıçəkilən şəxs tərəfindən aldandıqlarını bildiriblər: “Həmin şəxslər də işə düzəlmək adı ilə Səfər İmanova müxtəlif məbləğdə pul verdiklərini bildirirlər. Növbəti müraciətlərlə bağlı da aidiyyəti qurumlara müraciət edəcəyik”.

A. Məmmədov həmçinin bildirib ki, S. İmanov birinci dələduzluq faktını 2012-ci ildə törədib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, S. İmanov vəzifədə olduğu müddət ərzində iki dəfə töhmət alıb. Bu il fevralın əvvəlində Komitədə S. İmanovdan şikayət edən ailə qəbul edilib. Ailənin şikayəti əsasında Dövlət Komitəsi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət olunub.

Qeyd edək ki, Azərbaycanda Dövlət Komitəsinin keçmiş aparat rəhbəri dələduzluqda ittiham olunur. Bu barədə vəkil Adəm Məmmədov sosial şəbəkələrdə məlumat paylaşıb. Vəkil qeyd edib ki, Azərbaycanda Dövlət Komitəsinin aparat rəhbəri vətəndaşı icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə ondan 170 min ABŞ dolları alıb. Sonra isə ölkədən qaçıb. Vəkil həmin komitənin və pulu alan vəzifəli şəxsin adını açıqlamayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR