Küçədən tapılan abort qalıqları ilə bağlı nazirlikdən AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Küçədən tapılan abort qalıqları ilə bağlı nazirlikdən AÇIQLAMA

Səhiyyə Nazirliyi Bakının Nəsimi rayonunda Azadlıq prospektilə Həsən Əliyev küçəsinin kəsişməsində abort qalıqlarının tapılması məsələsinə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən açıqlamada bildirilib ki, məlumatda qeyd edildiyi kimi, həmin rüşeymlər hər hansı doğum evinə aid ola bilməz:

“Həmin embrionların hər hansı tibb müəssisələrinin tibbi personalının səhlənkarlığı ucbatından küçəyə atılması yanlış məlumatdır. Çünki bu işlə məşğul olan bütün müəssisələrdə əməkdaşlar abort olunmuş rüşeymi necə məhv etməyi bilirlər. Əgər belə olmasaydı, bu vaxta qədər də bu cür məlumatlar yayılardı. Bu yəqin ki, ev şəraitində baş vermiş düşük hallarının nəticəsidir ki, zibil qabına atıblar”.

Qeyd edək ki, bu haqda məlumatı 1news.az saytı yayıb. Saytın məlumatında embrionların böyük ehtimalla yaxınlıqdakı tibb müəssisələrinin və ya uşaq evlərinin tibbi personalının səhlənkarlığı ucbatından düzgün məhv edilmədiyi bildirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm