FHN-in Apellyasiya Şurasının ilk iclası keçirildi
Bizi izləyin

Qırmızı.az

FHN-in Apellyasiya Şurasının ilk iclası keçirildi

“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanına uyğun olaraq Fövqəladə Hallar Nazirliyində yaradılmış Apellyasiya Şurasının 15 fevral 2016-cı il tarixində ilk iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda təşkilati məsələlər, Apellyasiya Şurasının və Şuranın Katibliyinin fəaliyyətinin effektiv qurulması, sahibkarların müraciətlərinə baxılması işində səmərəliliyin təmin edilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr müzakirə edilib.

Apellyasiya Şurasının tərkibi:

Apellyasiya Şurasının sədri:

Tapdıq Əmiraslanov - Nazir müavini;

Şuranın üzvləri:

Valeh Abdullayev - Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin rəisi;

Elşad Hüseynov - Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin rəisi;

Vidadi Məmmədov - Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin rəisi;

Nərgiz Yusubova - Hüquq idarəsinin rəisi;

Səbuhi Ağayev - İctimaiyyətlə əlaqə idarəsinin rəisi;

Zemfira Rzayeva - Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Hüquq şöbəsinin müdiri;

Apellyasiya Şurasının Katibliyinin tərkibi:

Katibliyin rəhbəri:

Fikrət Talıbov - Katibliyin rəis müavini;

Katibliyin tərkibi:

Bəyim Budaqova - Katibliyin baş məsləhətçisi;

Rəşadət Cəbrayılov - Hüquq idarəsinin hüquqi-normativ aktların hazırlanmasının əlaqələndirilməsi şöbəsinin müdiri;

Nailə Mürsəliyeva - Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsinin sənədlərlə iş şöbəsi müdirinin müavini;

Oxumağa davam et
Reklam
Reklam

Gündəm