SOCAR tələbələr üçün müsabiqə elan edir
Bizi izləyin

Qırmızı.az

SOCAR tələbələr üçün müsabiqə elan edir

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Daxili Təqaüd müsabiqəsinə start verib.

ARDNŞ-dən Publika.az-a verilən məlumata görə, müsabiqə 2015-2016-cı tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələri arasında keçirilir.

Təqaüdün aylıq məbləği 100 AZN təşkil edir. Müraciət etmək istəyənlər www.socar.az/tehsil veb-səhifəsindən Daxili Təqaüd Proqramının suallar və şərtlər bölməsi ilə tanış olduqdan sonra elektron ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər. Proqrama müraciət həmin sayt vasitəsilə onlayn qaydada martın 7-dək davam edəcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm