Qırmızı.az
Dağıstandakı partlayış Azərbaycan gömrüyünün işinə təsir etməyib
Dağıstanda Yol hərəkəti təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin postu yaxınlığında baş vermiş partlayış Azərbaycan gömrüyünün işinə təsir etməyib. Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat veriblər.
Hadisə Azərbaycanla Rusiyanı birləşdirən avtomobil yolunun bağlanmasına səbəb olub.
Komitədən bildiriblər ki, Rusiya ilə sərhəddəki gömrük-buraxılış məntəqələri adi rejimdə işləyir. Heç bir növbə, izdiham yoxdur.
Rusiya Federal Gömrük Xidmətinin mətbuat xidmətinin rəhbəri Dmitri Kotikov isə Trend-ə bildirib ki, Azərbaycanla sərhəddəki RF gömrük-buraxılış məntəqələri də adi rejimdə çalışır, sərhəddə heç bir növbə yoxdur.
Qeyd edək ki, bu gün səhər saatlarında Dərbənd rayonunda Dövlət Müfəttişliyinin Cemikənd postunun yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində iki polis əməkdaşı həlak olub, 6 polis və 6 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO