Nazir: “Tikintinin keyfiyyəti nəzarətdə saxlanılacaq”
Bizi izləyin

Qırmızı.az

Nazir: “Tikintinin keyfiyyəti nəzarətdə saxlanılacaq”

“Bu görüşdə məqsəd respublikada tikinti işlərinin sürətləndirilməsi və mövcud problemlərin aradan qaldırılmasıdır".


APA-nın məlumatına görə, bunu bu gün tikinti sahəsində fəaliyyət göstərən tikinti şirkətlərinin rəhbərləri ilə görüşdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

K. Heydərov bildirib ki, son 12 ildə Azərbaycanda ən çox inkişaf edən sahələrdən biri tikinti sektoru olub: “Həm dövlət investisiyaları, həm xarici, həm də yerli investorlarn iştirakı ilə aparılan tikinti işləri göz qabağındadır. Biz fəxr etməliyik ki, Bakı və digər şəhərlərimizdə aparılan tikinti-quruculuq işləri yüksək qiymətləndirilir, qonaqlar Bakının möcüzəli şəkildə inkişafını öz gözləri ilə görürlər”.

Nazir qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi əvvəllər Dövlət Tikinti və Arxitektura Komitəsinin nəzdində olub, həmin vaxt tikinti işlərinin aparılması ilə bağlı sənədləşmə 245 gündən çox şəkirdi: "Agentlik Fövqəladə Hallar Nazirliyinin tərkibinə veriləndən sonra isə bu müddət əhəmiyyətli dərəcədə azalıb, sənədləşmə asanlaşıb. Artıq iş adamları apardıqları tikinti işləri ilə bağlı çatışmazlıqlar barədə onlara verilən kodlarla onlayn sistemdə məlumat alacaqlar, bunun üçün əlavə vaxt itkisi olmayacaq”.

K. Heydərov qeyd edib ki, lisenziyalar ləğv edilib, ancaq tikinti işlərinin keyfiyyətli aparılması nəzarətdə saxlanılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm