Qırmızı.az
Sabah 21 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında fevralın 17-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, səhər paytaxt və yarımadanın bəzi yerlərində duman olacaq, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gündüz mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7 dərəcə, gündüz 11-16, bəzi yerlərdə 19 dərəcə isti olacağı gözlənilir. Bakıda isə gecə 5-7 dərəcə, gündüz 14-16 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Axşam isə yağıntılı olacağı gözlənilir.
Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7 dərəcəyədək isti, gündüz 12-17 dərəcə isti, bəzi yerlərdə 21 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 12-17 dərəcəyədək isti olacaq.
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi