Tiflisdə “Xocalıya ədalət” AKSİYASI
Bizi izləyin

Qırmızı.az

Tiflisdə “Xocalıya ədalət” AKSİYASI

Gürcüstanın paytaxtı Tbilisidə “Xocalıya ədalət” aksiyası keçirilib.

Publika.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Xocalı ayı çərçivəsində keçirilən tədbir “Borçalı-İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Tbilisidə təhsil alan, aksiyada iştirak edən tələbələr, ictimaiyyət nümayəndələri Xocalı soyqırımı ilə bağlı informasiya bukletləri paylayıblar.

Aksiyadan öncə “Borçalı-İrəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov iştirakçılara Xocalı qətliamı haqqında məlumat verib.

Şəhər sakinləri və qonaqlar bu qətliam haqqında onlara verilən məlumatları maraqla qarşılayıb, bu hadisələr haqqında öyrənən xarici və yerli vətəndaşlar terroru törədənləri lənətləyərək faciəyə ədalət tələb ediblər.

Daha sonra Tbilisinin mərkəzi küçələrində yürüş edən gənclər şəhər sakinlərinə və qonaqlara Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər Şöbəsinin gürcü və ingilis dillərində çap etdirdiyi məlumat bukletlərini və posterləri paylayıblar.

Şəhərin mərkəzi küçələrinin ictimai nəqliyyat dayanacaqlarında, divarlarında və əhalinin ən çox toplaşdığı məkanlarda Xocalı qətliamı haqqında informasiyalı və görüntülü posterlər yerləşdirilib.

Qeyd edək ki, Xocalıya ədalət kampaniyası Gürcüstanın bir sıra bölgələrində davam edir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm