Metropolitendən velosiped AÇIQLAMASI
Bizi izləyin

Qırmızı.az

Metropolitendən velosiped AÇIQLAMASI

Sosial şəbəkədə velosipedlərin metroda daşınmasına icazə verilməsi ilə bağlı aksiya başlayıb.

Publika.az xəbər verir ki, aksiya iştirakçıları velosipedlərin metroda daşınmasına icazə verilməsini istəyir.

“Gəlin bu nəqliyyat vasitəsinin metroda daşınmasının təmini üçün əlimizdən gələni edək. İlk olaraq velosipedləri çexol vasitəsi ilə metroda daşımağa cəhd göstərək. Növbəti addım kimi daimi ehtiyac duyulan bu daşınma xitmətinin daha da asanlaşdırılması üçün Bakı Metropoliteninə müraciət ünvanlanacaq ”- deyə müraciətdə qeyd olunub.

“Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında bildirib ki, müəyyən olunmuş ölçülər daxilində istənilən əşyanı Metropoliten ərazisinə keçirmək mümkündür.

“Ölçüləri böyük olan, uzunluq, en və hündürlük əndazə ölçülərinin cəmi 200 sm-dən çox olan, eləcə də uzunluğu 220 sm-dən artıq olan uzun ölçülü əl yükünü metroda aparmaq qadağandır.Yanında velosiped olan sərnişin bir stansiyadan digərinə getmək istəyirsə, o zaman velosipedi qatlayır, xüsusi çexola qoyur. Ölçüsü norma daxilində olarsa, daşınmasına icazə verilir. Əks halda isə, ölçüsü müəyyən olunmuş normanı aşmış olur, buna isə icazə verilmir. Çünki açıq şəkildə keçirilməsi digər sərnişinlər üçün də narahatlıq yaradır”,- deyə qurum sözçüsü bildirib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm