Hərəkət imkanları məhdud insanlar üçün yeni LAYİHƏ
Bizi izləyin

Qırmızı.az

Hərəkət imkanları məhdud insanlar üçün yeni LAYİHƏ

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Gəncə şəhərində hərəkət imkanları məhdud insanlar və onların ailə üzvləri üçün təlim keçirib.

Publika.az-a Mərkəzdən daxil olan məlumata görə, təlim CESD-in icra etdiyi “Azərbaycanda Vətəndaş Cəmiyyəti - Media - Hökumət və Özəl sektorun Səyləri ilə Hərəkət İmkanları Məhdud İnsanların Yaşam Şəraitinin Yaxşılaşdırılması və Hüquqlarının Qorunmasının Gücləndirilməsi” layihəsi çərçivəsində “Əlillərin hüquqlarının qorunması üçün mövcud qanunvericilik” mövzusunda keçirilib.

Təlim zamanı mövcud ombudsman təsisatının əlillərin fəaliyyətinin qorunmasında işi və əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq və ölkədaxili standartlar müzakirə olunub.

Layihənin məqsədi hərəkət imkanları məhdud olan insanların yaşam şəraitinin yaxşılaşdırılması və eyni zamanda, onların hüquqlarının qorunmasının gücləndirilməsidir.

Layihə həyata keçirilən rayonlarda (Gəncə şəhəri, Goranboy, Samux, Şəmkir və Göygöl) hərəkət imkanları məhdud insanların hüquqlarının qorunması üçün onlara və onların ailə üzvlərinə, həmçinin, müvafiq dövlət strukturları, KİV və QHT nümayəndələri üçün təlimlər təşkil olunacaq.

Təlimi giriş sözü ilə müstəqil ekspert Rövşən Novruzov açaraq layihə barəsində proyektor vasitəsilə təqdimat etdi.

Eyni zamanda, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi də çıxış edib, təlim işirakçılarına uğurlar arzulayıb.

Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov “Əlillərin hüquqlarının qorunması üçün mövcud qanunvericilik” mövzusunda təlimi davam etdirib.

Təlim interaktiv formada keçirilib. Təlim işirakçıları tərəfindən təlimdə iştirak edən maraqlı tərəflərə müxəlif suallarla müraciət olunub.

Ombudsmanın təlimdə işirak edən nümayəndəsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncə Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin, Dölət Sosial Müdafiə Fondunun Nizami və Kəpəz rayonu şöbələrinin, Nizami və Kəpəz rayon bələdiyyələrinin nümayəndələri təlim iştirakçıları tərəfindən qaldırılan sualları cavablandırıblar (pandus, məşğulluq məsələləri, əlilliyi olan insanlara kredirlərin verilməsi, mənzil və avtomobil verilməsi və digər məsələlər ilə bağlı suallar verilib).

Bildirilib ki, layihə çərçivəsində yaradılacaq “Çağrı Mərkəzi”ndə hərəkət imkanları məhdud insanlara hüquqi yardımın göstərilməsi, onların reabilitasiya və sosial problemləri ilə bağlı məsləhətlərin verilməsi təşkil olunacaq.

Layihənin icrası nəticəsində hədəf rayonlarda xeyli sayda hərəkət imkanları məhdud olan insanlar öz hüquqları sahəsində yeni bilik və bacarıqlar əldə edəcəklər.

Eyni zamanda, dövlət strukturları, KİV və QHT-lərin iştirakı ilə ictimai dinləmələr keçiriləcək ki, bunun nəticəsində maraqlı olan tərəflər hərəkət imkanları məhdud insanların yaşam şəraitinin yaxşılaşdırılması və hüquqlarının qorunması sahəsində öz təkilf və tövsiyyələrini təqdim edəcəklər.

Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm