Qırmızı.az
Dələduzluqda günahlandırılan keçmiş aparat rəhbəri ölkədən qaçdı
Azərbaycanda Dövlət Komitəsinin keçmiş aparat rəhbəri Səfər İmanovun ölkədən nə vaxt qaçdığı məlum olub.
Vəkil Adəm Məmmədov APA-ya açıqlamasında bildirib ki, araşdırmalar nəticəsində məlum olub ki, S. İmanov bu il yanvarın 31-də Bakı-İstanbul reysi ilə ölkəni tərk edib. Ölkədən qaçmazdan əvvəl isə Azərbaycanda olan bütün mülklərini satıb.
Qeyd edək ki, Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş aparat rəhbəri S. İmanov dələduzluqda ittiham olunur. S. İmanov vətəndaşı icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə ondan 170 min ABŞ dolları alıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, Komitənin sabiq Aparat rəhbəri S. İmanovun rüşvətxorluq və insanları aldatmaq ilə bağlı əməlləri barədə vətəndaşlar tərəfindən müraciətlər daxil olub.
Məlumatda bildirilib ki, 5 fevral 2016-cı il tarixində bu məsələlərin araşdırılması üçün Dövlət Komitəsi rəsmi şəkildə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!