"Zika" ölkəmizin bir addımlığında
Bizi izləyin

Qırmızı.az

"Zika" ölkəmizin bir addımlığında

Amerikada, daha sonra bir-birinin ardınca Avropa və Asiya ölkələrindəyayılan “Zika” virusuna qonşu Rusiyada da ilk yoluxma halı qeydə alınıb. Bu isə virusun ölkəmiz üçün təhlükəsini bir az da artırıb.

Bəs virus Azərbaycan üçün nə qədər təhlükəlidir?

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, “Zika”virusunun ölkəmizdə yayılması ilə bağlı narahatlığa əsas yoxdur.

Mətbuat xidmətindən onu da əlavə etdilər ki, konkret “Zika” virusu ilə bağlıhər hansı qərar olmasa da, “donuz qripi” ilə bağlı ölkədə emioloji vəziyyət nəzarət atındadır:

“AH1N1 virusuna qarşı sərhəd keçid məntəqələri nəzarət gücləndirilib. Vəziyyət nəzarətdə olduğundan “Zika” virusuna yoluxmuş şəxslərin ölkə ərazisinə buraxılması mümkün deyil”.

Qeyd edək ki, Şimali və Cənubi Amerikada peyda olan bu virus , əsasən ağcaqanadlar tərəfindən keçir. Hələlik bu vuruşa qarşı peyvənd və ya xəstəliyin müalicəsi yoxdur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm