Hacı İbrahim Nehrəmli DANIŞDI: “Holdinq yaradırıq”
Bizi izləyin

Qırmızı.az

Hacı İbrahim Nehrəmli DANIŞDI: “Holdinq yaradırıq”

“Avesta Konsern” MMC-nin rəhbəri, iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) “Avesta Construction” MMC-nin ləğv edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

İş adamı Publika.az-a açıqlamasında deyib ki, “Avesta Construction” bağlanmayıb, sadəcə olaraq “Avesta Konsern”ə birləşdirilib: “Şirkətləri özümüz birləşdirmişik, holdinq yaradırıq. Bilirsiniz ki, “Avesta Konsern” böyük şirkətdir və bundan sonra “Avesta Construction” da bura daxil olacaq. Kim deyirsə ki, “Avesta Construction” ləğv olunub, yalandır. Əksinə, “Avesta Construction” bundan sonra daha böyük şirkət olacaq. Biz şirkəti gücləndiririk”.

Ötən gün fövqəladə hallar naziri Kəmaləddin Heydərovun tikinti sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşünə də toxunan İbrahim Nehrəmli qeyd edib ki, bu görüş tikinti şirkətlərinin işinin asanlaşması üçün vacib əhəmiyyət daşıyır: “Ötən gün keçirilən görüşdə hörmətli nazirimiz bildirdi ki, Azərbaycanda sahibkarların sərbəst və rahat fəaliyyətinin təmin edilməsi bilavasitə ölkə başçısının tapşırığıdır. Sağ olsun cənab Prezident, biz sahibkarlar üçün əlindən gələni əsirgəmir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm