• USD 1,7000 0,00% EUR 1,8757 -0,13%
    • GBP 2,1864 +0,38% RUB 0,0266 -0,38%

Siyavuş Novruzov üçün ÖZƏL GÜN

Siyavuş Novruzov üçün ÖZƏL GÜN

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı, İctimai Birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun bu gün 47 yaşı tamam olur.

Publika.az xatırladır ki, YAP-çı deputat 1969-cu fevralın 17-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonunun Cəhri kəndində anadan olub.

O, orta məktəbi bitirəndən sonra Bakı Dövlət Universitetində (BDU) hüquq təhsili alıb.

S.Novruzov ilk dəfə 2000-ci ildə ikinci çağırış Milli Məclisə proporsional seçki sistemi ilə çoxmandatlı seçki dairələri üzrə deputat seçilib. Həmin vaxt onun adı YAP-ın vahid seçki siyahısında İlham Əliyev və Əli Əhmədovdan sonra 3-cü yerdə idi.

2005-ci ildə isə majoritar qaydada 5 saylı Şahbuz-Babək seçki dairəsindən millət vəkili seçilib.

2010-cu il noyabrın 7-də dördüncü çağırış Milli Məclisə keçirilən seçkilərdə 3-cü dəfə mandat qazanıb, 5 saylı Şahbuz-Babək seçki dairəsindən deputat olub.

Qarabağ müharibəsi veteranı olan Siyavuş Novruzovun 1 oğlu və 1 qızı var.

YAP-çı deputat Publika.az-a qısa açıqlamasında deyib ki, doğum gününü ailəsi ilə bir yerdə qeyd edəcək: “Təmtəraqlı doğum günü keçirməyi sevmirəm. Odur ki, indi də doğum günümü sadə şəkildə ailəmlə keçirəcəm”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR