"Sən ərə gedəndə bilmirdin ki..." - SOCAR-dan CAVAB
Bizi izləyin

Qırmızı.az

"Sən ərə gedəndə bilmirdin ki..." - SOCAR-dan CAVAB

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının “Günəşli” yatağında baş verən faciə zamanı həlak olan neftçi Tağıyev Fuad Tahir oğlunun xanımı Tağıyeva Humayın ittihamlarını özündə əks etdirən sorğusuna cavab olaraq məktub ünvanlayıb.

"Report"un məlumatına görə, məktubda deyilir:

"Hörmətli Mirvari xanım, salam. Əslində, hadisə aşağıdakı kimi olub: Rəhmətlik Fuad Tağıyevin həyat yoldaşı Tağıyeva Humay SOCAR-ın Baş ofisinə gəlib, Baş ofisin üç şöbə müdiri birlikdə onu qəbul ediblər. Lakin xanım tələb edib ki, onunla rəhbərlik görüşsün. Onunla görüşmək üçün vitse prezidentlər Bədəl Bədəlov və Xalik Məmmədov qəbul otağına düşüb və xanımı qəbul ediblər. Bu qadına heç kim siz yazdığınız sözləri söyləməmişdir, əksinə, xanım səbirlə dinlənilib, onun bütün suallarına ətraflı cavab verilib. Mənzil istəyib, təkrar-təkrar “SOCAR bizə heç bir kömək etmir” - deyəndə qəbulda iştirak edən məsul işçilər, rəhmətlik Fuadın ailəsi üçün verilən maddi yardımları sadalayıblar. Bu zaman Humay xanım etiraz edib, “siz yalan danışırsınız” deyərək bildirib ki, onlara o qədər pul verilməyib. Qəbulda olan məsul işçilər məlumat veriblər ki, qadın Fuad Tağıyevin ikinci arvadıdır. Fuad rəhmətliyin birinci arvadı və ondan bir uşağı da var. Fuad Tağıyev sonradan Humay xanımla nikaha girib və ondan da 2 uşağı var. Ona görə də verilən kömək və ödənilməli sığortanın məbləği bu ailələr arasında bölünməlidir. Lakin Humay xanım təkrarən deyib ki, “mənə o qədər pul verməyiblər, siz yalan danışırsınız”. O, deyilənlərlə razılaşmayanda ondan sadəcə soruşulub ki, “sən ərə gedəndə bilmirdin ki, Fuadın başqa ailəsi olub və övladı var?” Məsələ belə olub və bununla bağlı qanunun tələbləri ona izah olunub".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm