Sabah rayonlara qar yağacaq
Bizi izləyin

Qırmızı.az

Sabah rayonlara qar yağacaq

Fevralın 19-da Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir, gecə bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 4-7 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 5-7 dərəcə isti olacaq.

Fevralın 19-da Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 8-12 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm