Fond sədri pensiyaçılarla görüşdü
Bizi izləyin

Qırmızı.az

Fond sədri pensiyaçılarla görüşdü

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Sumqayıt şəhərində qəbul keçirib.

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan Publika.az-a verilən məlumata görə, “Açıq qapı” formatında təşkil olunan qəbulda 40-dan çox sosial sığorta ödəyicisi və pensiyaçının müraciətlərinə baxılıb.

Fond sədrinin qəbuluna gələn Sumqayıt şəhərinin, Abşeron, Xızı, Qobustan və Qubadlı rayonlarının sakinləri əsasən pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, pensiya təyinatı, əmək pensiyası növünün dəyişdirilməsi, o cümlədən başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarında nəzərə alınması kimi məsələlərlə bağlı müraciət ediblər. Görüş zamanı həmçinin, dövlət qulluqçusu kimi pensiya təyin olunması, əmək pensiyasının üzərinə qulluq stajına görə əlavənin hesablanması, əyani təhsil müddətinin staja daxil edilməsi və digər məsələlər barədə təklif və şikayətlər dinlənilib.

Fondun məsul əməkdaşlarının və Sumqayıt şəhərinin, Abşeron, Xızı, Qobustan və Qubadlı rayonlarının şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 40-dan çox vətəndaşın müraciətinə baxılıb.

“Açıq qapı” şəraitində davam etdirilən görüşdə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm