• USD 1,7000 0,00% EUR 1,8701 -0,13%
    • GBP 2,1822 -0,10% RUB 0,0264 -0,38%

36 ton qan toplandı

36 ton qan toplandı

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 2015-ci ildə respublika üzrə keçirilən qanvermə aksiyalarında 36 ton 597 litr qan tədarük edilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, 2014-cü ildə isə bu göstərici 36 ton 193 litr təşkil edib. Əvvəlki illərlə nisbətdə tədarük olunan qanın həcmi artıb.

Qanvermə aksiyalarında iştirak edən könüllü donorların sayının artması müşahidə olunur. 2015-ci ildə qanvermə aksiyalarında 75184 nəfər iştirak etmişdisə, 2014-cü ildə analoji göstərici 72697 nəfər təşkil edib.

Donor qanının əksər hissəsi Mərkəzi Qan Bankında, Milli Onkologiya Mərkəzində və Respublika Kliniki Tibbi Mərkəzdə toplanılıb. Ümumilikdə, 2015-ci ildə Aşura günü keçirilən tədbirlər nəzərə alınmadan, 318 qanvermə aksiyası keçirilib.

Tədarük olunan qan və komponentlərindən hemofiliyalı və talassemiyalı xəsətələrə, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR