Azərbaycanda yaşı 2400 il olan bilərziklər tapıldı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda yaşı 2400 il olan bilərziklər tapıldı - FOTOLAR

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fonduna antik qadın bəzək əşyaları qəbul olunub.

Muzeydən Publika.az-a verilən məlumatda bildirilib ki, arxeoloji qazıntılar və təsadüfi tapıntılar zamanı əldə olunan antik qadın bəzək əşyaları Azərbaycanın qədim tarixini, maddi-mədəniyyətini əks etdirən nadir bədii metalişləmə nümunələridir.

Muzeyə qəbul olunan antik eksponatlar Şirvan bölgəsinin Nərgizava abidəsindən tapılmış qadın bəzək nümunələri olan metal bilərziklərdən ibarətdir.

Muzeyin Arxeologiya Fondunun müdiri, arxeoloq Nasir Quluzadənin dediyinə görə, bu bilərziklər tuncdan olub, Nərgizava nekropolu e.ə. III-II əsrlərini əhatə edir. Bilərziklərdən maraq doğuran nüans onlardan birinin sonluğunun əjdaha və ya yırtıcı heyvan başı ilə tamamlanmasıdır. Əldə olunan antik bilərziklər elmi cəhətdən tədqiq olunub, hazırda Muzeyin Arxeologiya fonunda qorunub saxlanılır.

Bu bədii metalişləmə nümunələri antik dövrdə Şirvan sənətkarlığının inkişaf etdiyini sübut edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm