Qırmızı.az
Rayonlara zəng etmək pulsuz oldu
Artıq ölkəmizin rayon və kəndlərində yaşayanlar Bakıdakı
qohum-əqrəbaları ilə uzun-uzadı hər hansı bir limit olmadan
telefonla danışa bilər.
Bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RİTN) tərəfindən
təqdim edilən yeni xidmətlərdən biridir.
Xidmətin yaradılmasında məqsəd respublikanın bütün bölgələrində
yaşayan hər bir vətəndaşın rahatlığını təmin etməkdir.
Nazirlikdən Publika.az-a bildirilib ki, “585 –
Daşınan şəhər telefon nömrəsi” xidməti bir çox üstünlüklərə
malikdir. Belə ki, “585 – Daşınan şəhər telefon xidməti”
çərçivəsində Bakı şəhər şəbəkəsi statusuna malik sabit telefon
nömrələri artıq bölgələrdə də “585” indeksi ilə eyni statusla
işləyir. Yəni 585 prefiksli nömrəsi olan rayon abunəçiləri
(Naxçıvan Muxtar Respublikası istisna olmaqla) şəhərlərarası,
şəbəkədaxili və simsiz telefon şəbəkəsi (CDMA) ilə limitsiz
danışıqlar apara bilər.
Belə nömrələrdən istifadə edən abunəçilər adi qaydada internet
şəbəkəsinə də qoşularaq internet və televiziya (İPTV və ya WebTV)
xidmətlərindən yararlana bilərlər.
Qeyd edək ki, 585 prefiksli bütün nömrələrdən mobil şəbəkələr və
beynəlxalq istiqamətlər üzrə xidmətlər isə ödənişlidir.
Bu telefon nömrələrini əldə etmək üçün əvvəlcə “585” prefiksli
telefon çəkilişi həyata keçirmək lazımdır. Xidmətdən istifadə etmək
istəyənlər bunun üçün yaşayış yeri və qeydiyyatda olduğu ərazinin
Telekommunikasiya Qovşağına müraciət etməlidirlər. Telefonun
çəkiliş haqqı 30 manatdır. Ayda 15 manat abunə haqqı ödəməklə, bu
telefonların limitsiz danışıq xidmətindən istifadə etmək
mümkündür.
Bildirilib ki, Tarif Şurasının mövcud qərarına görə, hazırda digər
indekslə başlayan şəhər nömrələri üzrə telefondan istifadəyə görə
aylıq tarif 2.5 manat, bir dəqiqəlik şəhərlərarası danışıq tarifi
isə 0.05 manat təşkil edir.
“Aztelekom” MMC-nin şəbəkəsində 2015-ci ilin mart ayından istifadəyə verilən “585” prefiksi telefon rabitə xidmətindən hazırda 42 rayon Telekommunikasiya Qovşağının xidməti ərazisində istifadə edilir. Digər rayonların Telekommunikasiya Qovşağının Mərkəzi stansiyalarında “585” prefiksinin tanıtdırılması ilə bağlı iş aparılır. Hazırda xidmətdən 1030 abunəçi yararlanır.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK