Nizami rayonunda su olmayacaq
Bizi izləyin

Qırmızı.az

Nizami rayonunda su olmayacaq

Bu gecə saat 23:00-dan fevralın19-u saat 18:00-dək Nizami rayonunun bəzi küçə və prospektlərində içməli su verilməsində məhdudiyyət olacaq.

“Azərsu” ASC-dən Publika.az-a verilən məlumatda bildirilib ki, məhdudiyyətə səbəb Nizami rayonu ərazisində magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar.

Rayonun Ə.Vəliyev, İ.Müzəffəroğlu, Özbəkistan, A.Manafov, Ə.Hacıyev, K.Balakişiyev, T.Abbasov, R.Teymurov, M.Şərifli küçələrinə, eləcə də Q.Qarayev və Babək prospektlərinin, Məhsəti, C.Naxçıvanski, B.Çobanzadə, B.Nuriyev, E.Rüstəmov, E.Süleymanov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm