
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 129 dəfə pozub.
Publika.az xəbər verir ki, Ermənistan
Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə,
Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonu
ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı kəndində, Ağstafa
rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Çinari, Mosesqex
kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağdam
kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Göyarx,
Çiləbürt, Çaylı, Yarımca, Ağdam rayonunun Şıxlar, Cəvahirli,
Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Nəmirli, Xocavənd rayonunun
Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı
Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında,
həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı
Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 131 dəfə atəş zərbəsi endirib.