• USD 1,7000 0,00% EUR 1,8823 -0,03%
    • GBP 2,1950 -0,31% RUB 0,0266 0,00%

“Şagird-məzun” sistemində ən aşağı göstəricisi olan RAYONLAR

“Şagird-məzun” sistemində ən aşağı göstəricisi olan RAYONLAR

"Şagird-məzun" sisteminə məktəb əlaqələndiriciləri tərəfindən 188555 nəfər buraxılış sinif şagirdi haqqında məlumatlar daxil edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, bu rəqəm ümumi sayın 95,14 faizini təşkil edir. Bu göstərici ötən ilin fevral ayı ilə müqayisədə 14% yüksəkdir.

Naxçıvan MR Culfa, Ordubad, Babək rayonu, Kəngərli rayonları, Qax, Daşkəsən rayonu və Naftalan şəhərinin ümumtəhsil məktəblərində şagirdlər haqqında məlumatların "Şagird-məzun" sisteminə daxil edilməsi artıq sona çatıb.

TQDK Masallı, Şəmkir, Cəlilabad, Sabirabad, Gədəbəy, Zəngilan və Şabran rayonlarında daxiletmə faizinin aşağı olduğunu nəzərə alaraq, bu rayonların təhsil şöbələri və ümumtəhsil məktəblərinin əlaqələndiricilərinə müraciət edib. Həmin bölgələr üzrə daxil edilməmiş məlumatların "Şagird-məzun" sisteminə daxil edilməsi tövsiyə olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR