Publika.az-ın yazısına REAKSİYA: uşaqları ac saxlayan müdirə cəzalandırıldı
Bizi izləyin

Qırmızı.az

Publika.az-ın yazısına REAKSİYA: uşaqları ac saxlayan müdirə cəzalandırıldı

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 9-cu mikrorayonda yerləşən “Qovaqcıq” uşaq bağçasının (49 saylı) müdirəsi Sahibə Ağayevaya şiddətli töhmət verib.

Publika.az-a verilən məlumata görə, icra başçısının göstərişi ilə valideynlərin bağçadan etdikləri şikayət araşdırılıb və müdirə fəaliyyətindəki ciddi nöqsanlara görə cəzalandırılıb.

Qeyd edək ki, övladları 49 saylı uşaq bağçasında tərbiyə alan valideynlər müdirə Sahibə Ağayevanın əməllərindən şikayət edirdilər. Şikayət məktubu Publika.az-da (http://publika.az/p/125543) işıqlandırılıb. Valideynlər bildirirdilər ki, dövlət tərəfindən bağçaya kifayət qədər ərzaq məhsulları verilsə də, azyaşlılar burada yarıac saxlanılıblar.

Onların sözlərinə görə, tərbiyə müəssisəsinə verilən ərzaqlar arasında ət, toyuq, kəsmik, pendir, süd, yağ, un məmulatları olsa da, bu ərzaqlardan uşaqlara yemək bişirilmir, ya da ərzaqlar yeməklərə çox cüzi qatılır.

Sumqayıt Şəhər İcra hakimiyyətinin Humanitar məsələlər şöbəsi tərəfindən bağçaya komissiya göndərilib. Komissiya üzvləri araşdırma aparmaq məqsədilə valideynlərlə söhbət ediblər. Valideynlər faktları bir daha icra hakimiyyətinin işçilərinə deyiblər və bağçadan şikayət ediblər.

Şikayət yerində araşdırılıb və bağçaya nəzarət gücləndirilib. Uşaqlara verilən yeməklər artırılıb.

Publika.az-a danışan valideynlər bildirdilər ki, problemlər aradan qaldırılıb və müdirə Sahibə Ağayeva İcra Hakimiyyətinə çağırılıb. İcra Hakimiyyətində ona bir sıra iradlar bildirilib və müdirədən izahat alınıb. Bundan sonra Sahibə Ağayevaya başçı tərəfindən şiddətli töhmət verilib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm