DSMF-nin gəlirləri 15,6 milyon manat artıb
Bizi izləyin

Qırmızı.az

DSMF-nin gəlirləri 15,6 milyon manat artıb

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Publika.az-a verilən məlumata görə, fondun sədri Elman Mehdiyev bildirib ki, ötən il Fondun gəlirləri 2912,4 mln. manat təşkil edib ki, bu da 2014-cü ilə nisbətən 15,6 mln. manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2014-cü ilə nisbətən 3,6 faiz və ya 62,0 mln. manat artaraq 1805,7 mln. manat təşkil edib. 2015-ci ildə sosial sığorta haqlarının 64,2 faizi və ya 1159,2 mln. manatı qeyri-büdcə sektorundan daxil olub ki, bu da əvvəlki ilə nisbətən 3,3 faiz və ya 36,6 mln. manat çoxdur.

Ötən il ərzində DSMF-nin xərcləri 2934,2 mln. manat təşkil edib ki, bunun da 2872,0 mln. manatı və yaxud 97,9 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 2797,3 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 74,7 mln. manat təşkil edib.

Əmək pensiyalarının orta aylıq məbləği 2015-ci ilin əvvəlinə nisbətən 1,5 faiz artaraq 176,0 manat olub, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 196,1 manat təşkil edib.

2015-ci ildə Fondun Aparatına vətəndaşlardan 5930 müraciət daxil olub. Bilavasitə Fondun rəhbərliyi tərəfindən 407 vətəndaş qəbul edilərək onların müraciətlərinə baxılıb.
İclasda həmçinin fondun orqanlarının üzərinə düşən funksiyaların 2015-ci ildəki icrası vəziyyəti təhlil olunub.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm